"Vorzakon"lar arasında “razborka”lar davam edir; Daha bir ”qanuni oğru” “sındırıldı”

img

19-12-2014 [15:00]


Rusiyanın "Matroskaya Tişina” həbsxanasında qanuni oğrular arasında "razborka”lar davam edir. Azərbaycanda həbsdə olan məşhur "qanuni oğru" "Lotu Quli" ləqəbli Nadir Səlifovun tərəfdarlarının "Zayka" ləqəbli Zaur Əliyevi həbsxanada işgəncə verib ,videogörüntüsünü yaydıqdan sonra kriminal dünya çalxalanır. Lotu Quli tərəfdarlarının kriminal avtoriteti döymələri cəzasız qalmayıb. Ertəsi gün həbsxanaya nəzarət edən "vorzakon” ("smotryaşiy”) Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döyüblər. Bu gün səhər isə sosial şəbəkələrdə Zayka ilə bağlılığı olan daha bir qanuni oğrunun fotosu yayılıb. Şəkildən görünür ki, onu da döyərək "sındırıblar”. Fotonu yayanlar gürcü əsilli oğrunun adını qeyd etməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA