"Hər əmrə hazıram!" - Prezident Putinə söz verdi

img

19-12-2014 [11:31]


Çeçenistan Prezidenti Ramzan Kadırov Vladimir Putinin bütün əmrlərini yerinə yetirməyə hazır olduğunu deyib.
 
Axar.az xəbər verir ki, Kadırov bununla bağlı özünün İnstaqram səhifəsində yazıb.
 
"Prezident qeyd etdi ki, mənim Qroznıdakı terror aktı ilə bağlı çıxışım insanların gözləntilərinə tam cavab verir. Buna görə də prezident bildirdi ki, bu mübarizəni qanun çərçivəsində aparmaq lazımdır. Biz hadisələrə verilən qiyməti və prezidentin verdiyi tapşırıqları dəstəkləyirik. Biz onun piyadalarıyıq və hər bir əmri yerinə yetirməyə hazırıq”, - Kadırov yazıb.
 
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Kadırovun Qroznıdakı terror aktına görə terrorçuların ailələrinə qarşı çıxışını pisləmiş və onu hər şeyi qaydalar çərçivəsində etməyə çağırmışdı. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA