“Ayını zəncirdə saxlamaq istəyirlər” – Putin canlı yayımda

img

18-12-2014 [16:13]


Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik böyük mətbuat –konfransına start verilib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin ölkənin maliyyə sahəsində yaşanan böhran və rublun qiymətinin düşməsindən danışıb. Ölkə başçısının çıxışından əsas başlıqları təqdim edirik:

"İndiki situasiya ilk olaraq, xarici faktorlar tərəfindən provokasiya edilib, lakin biz özümüz də çox şey etmədik. Rusiya Mərkəzi Bankı və hökuməti maliyyə sferasındakı hazırki situasiya üçün adekvat ölçülər götürür. Təkcə Mərkəzi Bank Rusiya iqtisadiyyatının indiki durumu üçün məsuliyyət daşımır. Mərkəzi Bank yarım addım tez hərəkət etməlidir”.

"Rusiya iqtisadiyyatının mövcud durumu 2015-ci ilin birinci rübündən düzələ bilər. Hər gün istehlakçılarla görüşərək benzin və qida məhsullarının qiymət artımına nəzarət etmək lazımdır".

***

"Özlərini Putin imperiyası üzərində qalib hesab edirlər”

Vladimir Putin qərb ölkələri ilə Rusiya münasibətlərinin mövcud durumunu da şərh edib: "Bizim partnyorlar qərara gəliblər ki, onlar imperiyadır, yerdə qalanlar isə vassalları, onları tutub saxlamaq lazımdır.

Berlin divarlarının yerinə aramızdakı yeni divarlar indi tikilməyə başlamayıb.

Rusiyannın Ukrayna məsələsində mövqeyi ən düzgün yoldur. Divarlar tikməyi dayandırmaq və ümumi humanitar bölgə yaratmaq lazımdır.

NATO-nun qərbə hərəkəti, ballistik raketdən müdafiə sistemi yaradılması o deməkdir ki, bizim partnyorlar dayanmayıblar, Putin imperiyası üzərində özlərini qalib hesab edirlər”.

Putin Rusiya-Qərb əlaqələrini "ayını həmişə zəncirdə saxlamaq istəyirlər” deyə izah edib.

***

Dövlət başçısı ölkəsində yaşanan böhranın Krım hadisələri ilə əlaqəli olmadığını vuğulayıb:

"İqtisadiyyatımızda yaşanan durum Krımın nəticəsi deyil, dövlət olaraq yüksəlməyimizin nəticəsidir.

Putin Ukraynada döyüşən ruslar barədə də sualı cavablandırıb: "Kimlər ki, könüllü və öz ürəyinin səsi ilə Dobassda döyüşlərdə iştirak edir, muzdlular deyillər, onlara pul ödənilmir.

Rusiya indiki kimi Donbassa humanitar yardım etməyə davam edəcək

Rusiya hesab edir ki, Ukrayna böhranı mümkün qədər tez vaxtda siyasi vasitələrlə həll edilməlidir.

Əgər Kiev sülhü bərqərar etmək istəyirsə, o, Donbass sakinlərinin maraqlarına hörmət etməli, onlara təzyiq etməməlidir.

Putin qeyd edib ki, Rusiyada bürokratiya problemi mövcud olsa da, Avropada bu problem daha güclüdür.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA