Poroşenko Putinə mesaj verdi

img

17-12-2014 [20:42]


Ukrayna Krımdan imtina etmək fikrində deyil və Krım üzərində yenidən Ukrayna bayrağı dalğalanacaq.

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

Krımın sağalmaz yara olduğunu deyən prezident bildirib ki, Krım Rusiyaya birləşdirilməsi bizim üçün qəbul edilməzdir: "Rusiya beynəlxalq hüquq normalarını pozub. Krım işğalçı hakimiyyətin nəzarəti altındadır. Orada işğalçılar çarlıq edir. Krım tatarları və ukraynalılar siyasi və mədəni hüquqlarından məhrum ediliblər. Amma mən və hamımız inanırıq ki, bu yarımadada bayrağımız yenidən dalğalanacaq", - deyə, Poroşenko bildirib.

Qeyd edək ki, Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan etmişdi ki, Ukraynada müharibə yalnız Krımın geri qaytarılmasından sonra başa çatacaq(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA