İŞİD-dən kütləvi edam - FOTOLAR

img

16-12-2014 [16:46]


İŞİD-dan daha bir qorxulu edam. Bu gün terrorçular daha bir kütləvi edam səhnəsini reallaşdırıblar. Belə ki, İŞİD terrorçuları İraqın şimalındakı Tıkrit şəhəri yaxınlığında cihada qarşı tayfa döyüşçüləri olaraq bilinən 13 sünninin güllələyiblər. 

Edamdan fotolar internetdə yayılıb. Bu dəfə də terrorçular güllələdikləri şəxslərə narıncı geyim geyindiriblər. Kadrlarda 13 nəfərin sıra ilə diz çökdüyü görünür. İkinci fotoda silahlar havada, üçüncü də isə cansız bədənlər görünür. 
Edam səhnəsini izləyən onlarla sakin arasında uşaqlar da olub. 

Qeyd edək ki, Tiqrit yay aylarından bəri İŞİD-ın nəzarətindədir. 

Bu İŞİD terrorçularının törətdiyi ilk kütləvi edam deyil. Belə ki, bir necə həftə öncə 22 suriyalı hərbçinin başı kəsilərək edam edilmişdi. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA