"Vorzakon"ların razborkası davam edir; “Rövşən Lənkəranski”nin adamını kəsdilər

img

16-12-2014 [11:28]


25 yaşlı "qanuni oğru” Laşa Barateli Sankt-Peterburqda bərk döyülüb. Musavat.com Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Soxulcan” ləqəbi ilə tanınan gürcünü Aslan Usoyan ("Ded Xasan”) klanı cəzalandırıb. Dekabrın 16-da mühafizəçilərindən ayrılaraq yaşadığı binaya daxil olan "qanuni oğru”nun qarşısını 7 nəfər kəsib. Onu möhkəm döydükdən sonra üzünü və burnunu kəsiblər. Rusiya saytlarının iddiasına görə, "Soxulcan” bir neçə il əvvəl  Sankt-Peterburqda "Ded”ə qarşı sui-qəsd planlaşdırıbmış. Amma sui-qəsd baş tutmayıb. "Bu işdə isə ona "xaç atası” Rövşən Canıyev və "Rüfət Gəncinski” dəstək verib” - deyə, məlumatda bildirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA