Davudoğlundan həbslərlə bağlı sərt açıqlama - VİDEO

img

14-12-2014 [19:02]


Türkiyənin bir çox şəhərində bu gün baş tutan həbs dalğalarına Elazığ şəhərində olan baş nazir Əhməd Davudoğlu münasibət bildirib. 

ANS TV-nin məlumatına görə, hamının öz hərəkətlərinə görə cavab verəcəyini deyən baş nazir, müxalifət lideri Kamal Kılıçdaroğlunu da, dövlətə qarşı fəaliyyətdə ittiham edib.

Davudoğlunun sözlərinə görə, o, paralel qurumların dili ilə Milli Kəşfiyyat Təşkilatına hücumlar edir: "Eyni dillə Türkiyə Cümhuriyyətini, hökumətimizi və demokratiyanı yıxmağa çalışır. Bu gün imtahan günüdür. Hər kəs etdiklərinin və bu ölkədə demokratiyaya qarşı fəaliyyətiinin hesabını verəcək, demokratiyanın yanında yer alarsa, mükafatını da görəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA