Bakıda ər küçənin ortasında arvadının sifətinə "şram" atdı

img

14-12-2014 [15:11]


Bakıda 26 yaşlı qadın küçənin ortasında həyat yoldaşının hücumuna məruz qalıb.

Mia.az lent.az-a istinadən xəbər verir ki, olay dekabrın 12-də saat 9:45 radələrində Lermantov küçəsində baş verib. Həmin küçənin 40A ünvanının qarşısında 1984-cü il təvəllüdlü Məmmədov Ramil Adil oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Turanə Vaqif qızına bıçaqla xəsarətlər yetirib. 26 yaşlı T.Məmmədova sifətinin sol hissəsinin çoxsaylı kəsilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub.

30 yaşlı kişinin xanımının üzünə hansı səbəbdən "şram”lar atması məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, ictimai yerdə xanımına qarşı alçaldıcı hərəkətlər edən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA