İŞİD noyabrda nə qədər adam öldürüb? - Statistika

img

11-12-2014 [17:42]


Bu ilin noyabr ayında dünyada cihadçılar tərəfindən 5042 nəfər qətlə yetirilib.
 
APA-nın "The Guardian”a istinadən verdiyi məlumata görə, bu barədə  BBC World Service və Londondakı Kral Kollecinin birgə araşdırmasında deyilir.
 
Hesabatda qeyd olunur ki, ən çox insanı "İslam dövləti” terrorçu qruplaşmasının tərəfdarları öldürüblər. Onların hücumları nəticəsində 2206 nəfər həlak olub. Siyahıda "İslam dövləti”ndən sonra "Boko Haram” və "Taliban” gəlir. Bu qruplaşmaların hesabında müvafiq olaraq 801 və 720 qətlə yetirilmiş insan var.  
 
Bildirilir ki, ən çox insan İraqda qətlə yetirilib (1770). Ardınca Nigeriya (786) və Suriya (693) gəlir. Cihadçılar daha çox dinc sakinləri (2079), hərbçiləri, polisləri və məmurları (1952) hədəf seçiblər.
 
Ölənlər arasında xeyli cihadçı da var (935). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA