Putin Sarkisyanı Nazarbayevə zəng vurmağa məcbur etdi

img

11-12-2014 [16:57]


Ötən gün Ermənistan prezidenti Serj Sərkisyan və onun qazaxıstanlı həmkarı Nursultan Nazarbayev arasında telefon danışığı olub.

Rəsmi olaraq tərəflərin ölkələr arasında ikitərəfli münasibətlərdən danışdığı bildirilirdi. Telefon danışığın kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmırdı.

Azvision.az Ermənistanın "Joxovrud” qəzetinə istinadən xəbər verir ki, telefon danışığı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub.

Məlumatlara əsasən, Putin prezidentlərin Qazaxıstanın Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə sazişi nə vaxt təsdiqləyəciyinə dair müzakirələr aparmasını istəyib. 

Bundan əlavə Putin Nazarbayev-Sərkisyan görüşünün təşkil olunmasını da istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA