DİN-dən gəlin və nəvəsini öldürən nənə ilə bağlı- Açıqlama

img

11-12-2014 [14:05]


Daxili İşlər Nazirliyi nənənin gəlin və nəvəsini öldürdüyü hadisə haqda açıqlama yayıb.

Mia.az DİN-in saytına istinadən xəbər verir ki, gəlini Elnarə Nəcəfovanı və nəvəsi Emiliyanı qətlə yetirmiş Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova tutulub.

Dekabrın 10-da Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadığı bağ evində münaqişə zəminində gəlini Elnarə Nəcəfovanı daşla vurub, sonra onu və 6 aylıq nəvəsi Emiliyanı boğub.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Hüseynova tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA