Qapını sındırıb, evə basqın etdilər - Şirvanda şok hadisə

img

10-12-2014 [14:42]


Şirvanda maskalı şəxslər evə hücum çəkib.

 Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 9-da saat 02 radələrində Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girən maskalı şəxslər onu və qızı Sevinci bıçaqla hədələyərək evdən qızıl əşyalar götürüb hadisə yerini tərk edib.

Şirvan rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən şəhər sakini İsrail Vəliyev tutulub.

Faktla bağlı araşdırılma aparılır. Cinayətin iştirakçısı olan digər şəxslərin də tutulması üçün tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA