"Bandotdel"dən gecə əməliyyatı - saxlanılanlar var

img

10-12-2014 [12:53]


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Baş Narkotiklərə qarşı Mübarizə İdarəsi Bərdə rayonunda əməliyyat keçirib.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecəyarısı həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfərdən çox şəxs saxlanılıb.

Saxlanılan şəxslərin rayonda narkotik vasitələrin satışı ilə məşğul bildirilir. Onların arasında Bərdədə kriminal vəziyyətə nəzarət etmək iddiasında olanların olduğu da qeyd edilir.

Xatırladaq ki, oxşar əməliyyat bir neçə gün əvvəl Hacıqabul rayonunda da həyata keçirilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA