Qərb ölkələri Misirdə öz səfirliklərini bağlayır - Səbəb

img

09-12-2014 [09:37]


Böyük Britaniyanın ardınca dekabrın 9-da daha iki Qərb dövləti – Kanada və Almaniya Misirin paytaxtı Qahirədə öz səfirliklərini qapatdıqlarını bəyan ediblər. 

Musavat.com-n "Reuters”ə istinadən xəbər verir ki, qapadılma təhlükəsizlik tədbiri ilə əlaqələndirilir. 

Bu barədə telefonla diplomatik missiyasının adının açıqlanmasını arzulamayan əməkdaşı bildirib. Onun sözlərinə görə, hələlik səfərliyin nə vaxt açılacağı bəlli deyil: "Bu, yuxarı instansiyanın xüsusi göstərişindən sonra baş verəcək”.

"Konsulluq xidmətlərinin mümkünlüyü təhlükəsizlik problemləri səbəbilə məhdudlaşdırıla bilər” – nümayəndəliyin saytında bildirilir. Bununla belə, elə həmin gün məlum olub ki, dipmissiya "texniki səbəblərdən” dekabrın 11-də öz fəaliyyətini tam dayandıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA