Prezidentin qızı xəstəxanaya yerləşdirildi - FOTO

img

08-12-2014 [15:06]


Argentina prezidentinin qızı xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, Florensiya Kirşner Cənubi Amerika dövlətinin paytaxtındakı klinikada müalicə olunur.

Bu barədə bazar günü Argentinanın "Clarin" qəzeti yazıb. Prezident qızının səhhəti barədə rəsmi mənbələr açıqlama verməyib.

Nəşrin məlumatına görə, Florensiya Kirşnerin müalicə olunduğu klinikanın personalına mobil telefondan istifadə etmək qadağan edilib. Bununla belə, qəzet 23 yaşlı qızın "kiçik ginekoloji probleminin" olduğunu öyrənə bilib.

Prezident qızının təcili yardım briqadası ilə xəstəxanaya yerləşdirildiyi deyilir. Argentina prezidenti Kristina de Kirşnerin reaksiyası barədə xəbər verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA