Hakimin həyat yoldaşı qəzaya düşdü - FOTO

img

08-12-2014 [14:59]


Ağdamda ağır yol qəzası baş verib. 

"Qafqazinfo” xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində baş verən qəzada  Hunday markalı avtomobillə VAZ 2106 markalı avtomobil toqquşub. 

Qəza zamanı VAZ 2106 markalı minik maşınının sürücüsü və sərnişini ağır bədən xəsarəti alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Hunday markalı avtomobilin sürücüsü qadındır. İlkin ehtimala  görə, qadın sürücü dönmə əməliyyatını yerinə yetirərkən yolda hərəkətdə olan VAZ 2106 markalı maşının qarşısına çıxıb. 

Yerli sakinlərin verdiyi  məlumata görə, qadın sürücü Tərtər rayon məhkəməsi hakiminin həyat yoldaşıdır. Qadın özü isə Ağdam rayon məhkəməsində işləyir. 

Rayon polisi hadisə yerində araşdırma aparır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA