İŞİD-in məhv ediləcəyi tarix açıqlandı

img

08-12-2014 [12:21]


Terror təşkilatı olan İŞİD-in məhv ediləcəyi tarix açıqlanıb.

MİA AzNews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı İraqın xarici işlər naziri İbrahim Cəfəri yayıb.

Nazir Bəhreyndə İŞİD-ə qarşı mübarizə mövzunda keçirilən konfransda deyib ki, 2016-ci ilə qədər İŞİD bütün İraq ərazisindən təmizlənəcək.

İbrahim Cəfəri ABŞ-ın başçılığı ilə koalisiyanın etdiyi hava hücumlarını müsbət qiymətləndirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif paytaxt Tehranda təşkil edilən mətbuat konfransında ölkəsinin İŞİD-lə mübarizə sona çatana qədər İraq xalqının yanında dayanacağını vurğulayıb.

Qeyd edək ki, Tehranda 9-10 dekabrda keçiriləcək "Dünya: müharibəyə qarşı" adlı beynəlxalq konfransda 40 ölkənin rəsmilərinin iştirak edəcəyi gözlənilir.

Konfransda iştirak edənlər arasında Suriyanın xarici işlər naziri Vəlid Muallimin də adı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA