Azərbaycanda yəhudi liderin evinə basqın edənlər tutuldu

img

08-12-2014 [10:38]


Qubanın Qırmızı qəsəbəsində Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyevin evinə basqın edənlər tutulub. 

Bunu Trend-ə Quba rayonu, Qırmızı qəsəbə polis bölməsindən təsdiqləyiblər.

Məlumata görə, cinayəti törədənin hər üçü Qırmızı qəsəbə sakinləridir. Cinayət dini zəmində baş verməyib.

Xatırladaq ki, ötən gün Boris Simanduyevin evinə basqın edilib və basqın zamanı icmanın liderinin bacısı Liza Simanduyeva bıçaqlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA