Saatlıda polisə atəş açdılar

img

07-12-2014 [18:25]


Saatlı rayonunun Azadkənd kəndində 2 nəfər yerli sakinlə polis əməkdaşı arasında insident yaşanıb. Hadisə dekabrın 6-da olub. 

Bu barədə AzadlıqRadiosuna Azadkənd kəndinin sakinləri bildirib. Onların dediyinə görə, Rizvan Səfərov və Cəmaləddin Səmədov kəndin yaxınlığındakı balıq vətəgəsində brakonyerlik edirmişlər. 

Polisə yaxalanan brakonyerlər Su Nəqliyyatında Polis İdarəsinin Əziz adlı əməkdaşına tabesizlik göstəriblər və ona ov tüfəngindən atəş açıblar. Həmin şəxslər saxlanılıb.

Hadisənin baş verdiyini  Su Nəqliyyatında Polis İdarəsinin rəsmisi Hakim Ağayev də təsdiqləyib: "Tutulanlar yerli polis şöbəsinə təhvil verilib. Hazırda araşdırma aparılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA