Poroşenko: “Ukraynanı diz çökdürmək istədilər, amma kimləsə səhv saldılar...”

img

07-12-2014 [12:04]


Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkə ordusu uzun illər dağılmağa məruz qoyulsa da, duruş gətirib. 

Musavat.com-un xəbərinə görə, belə bir açıqlamanı o, Xarkov vilayətinin hərbçiləri ilə görüşü zamanı verib.

"Ukraynaya qarşı təcavüz həyata keçirməklə düşmən belə zənn edirdi ki, ordumuzun uzun illər ərzində məqsədyönlü dağıdılmasından sonra ölkəmizi diz üstə qoyacaq, Ukraynanı kapitulyasiyaya vadar edəcək. Ancaq hücum edənlər bizi kimləsə səhv saldılar” – deyib prezident.

Ölkə başçısının sözlərinə görə, Ukrayna silahlı qüvvələri qitədə ən böyük hərbi gücə qarşı durmaq bacarığı nümayiş etdirib. Prezident onu da qeyd edib ki, silahlı qüvvələr Donbasdakı güc əməliyyatı ilə təkcə ölkənin cənub-şərqini yox, başqa regionlarını da qoruyur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA