07-12-2014 [11:49]
Xəbər verildiyi kimi, Azərbaycanlı "qanuni oğru”lar Moskvadakı "Matrosskaya tişina” istintaq təcridxanasında əsl qanlı "razborka”ya çıxıblar.
Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, artıq ikinci həftədir orada kütləvi dava-dalaş gedir, təcridxananın lazareti (xəstəxana) isə yaralılarla doludur.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrdən "Rosbalt” agentliyinə verilən məlumata görə, başda killer "Nazim Xromoy” (Nazim Hümbətov) və kriminal avtoritet Erdak Lənkəranski olmaqla 30-dək adam ötən həftə "Zayka” ləqəbli avtoritet Zaur Əliyevin saxlandığı "Matrosskaya tişina” istintaq təcridxanasının kamerasına soxulub.
Onlar əlləri qandalda olan "Zayka”nı amansızcasına döyüblər. Bütün bu proses bir neçə mobil telefonla çəkilib. Bu olanlar üstəlik skype vasitəsilə "Lotu Quli”nin (Nadir Səlifov) uzunmüddətli cəza çəkdiyi Azərbaycan türməsinə - Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsinə translyasiya olunub. Çünki bu amansız qisasın təşkilatçısı məhz "Lotu Quli” olub.
Dekabrın 2-də isə buna cavab gəlib. "Matrosskaya tişina” təcridxanasının "smotryaşi”si olan "qanuni oğru” Nukri Qalski (Nukri Doçiya) digər məhbusları başına yığaraq "Zayka”ya hücum edənlərin 7-ni vəhşicəsinə döyüb. Döyülənlər arasında ən ağır xəsarət alanlar "Nazim Xromoy” və Erdak Lənkəranskidir. Döyülən digər şəxslər kimi onlar da hazırda təcridxananın lazaretində müalicə olunurlar.
"Lotu Quli” ilə Rövşən Lənkəranski (Rövşən Canıyev) barışmaz düşmənlərdir. Lakin onlar Zaur Əliyevə bir-birlərinə nifrət etdiklərindən daha çox nifrət edirlər. Hər iki "qanuni oğru” "Zayka”nı sıradan çıxarmaq, "başa salmaq” üçün bir müddət hətta güclərini də birləşdirmişdilər.
"Zayka”nı bir neçə saat dayanmadan döyüb və işgəncə veriblər. Onun sifətində salamat yer qalmayıb. "Zayka”nı döyənlər ondan köhnənin təhqiramiz söhbətinə görə "Lotu Quli”dən Skype vasitəsilə üzr istəməyi tələb ediblər. Zaur Əliyevə yaxın mənbələr bildiriblər ki, "Zayka” yalnız bir məsələdən - hücum edən şəxslərin onun hamilə həyat yoldaşını elə kameradanca telefonla hədələyəndən sonra "sınıb”.
"Matrosskaya tişina”dakı hadisə dərhal ən nüfuzlu "qanuni oğru”ların əsas müzakirə mövzusuna çevrilib.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, kriminal aləmdə faktiki olaraq yeni müharibə başlayıb və bu savaşın hələ çox qurbanları ola bilər.
Böyük qardaşlarının və valideynlərinin əzizləmə mənasında "Zayka” deyə çağırdığı Zaur Əliyev Moskvaya təxminən 15 il öncə gedib və azərbaycanlı kriminallar arasında liderə çevrilib. O, buna iki yaxın dostunun - nüfuzlu "qanuni oğru”lar Kamo Qorkovski (Kamo Səfəryan) və Rəşad Gəncinskinin (Rəşad İsmayılov) dəstəyi sayəsində nail olub. Z.Əliyevin briqadası Rusiyadakı azərbaycanlıların iki ən qüdrətli cinayətkar qruplaşmasına - "Lotu Quli” ilə Rövşən Lənkəranskinin qruplarına faktiki olaraq rəqib olub. "Zayka” bu iki avtoritetlə daimi münaqişədə imiş.
8 il qabaq "Lotu Quli”nin adamları "Zayka”ya bağlı biznesmenlərdən nəhəng məbləğdə pul tələb edib. Bu qruplaşmanın üzvləri arasında pul məsələsinə görə çoxsaylı "razborka”lar baş verib. Axırda qruplaşma liderləri özləri birbaşa danışmağa qərar veriblər. Lakin "qanuni oğru”ların öz aralarındakı telefon söhbəti alınmayıb. "Zayka” "Lotu Quli”ni telefonda təhqir edib. Tərəflər arasındakı müharibə bundan sonra daha da qızışıb. 2013-2014-cü illərdə daha da amansız şəkil alıb. "Zayka” ilə "Lotu Quli”nina damları onda Rövşən Lənkəranskinin adamlarını bir sıra bazarlardan sıxışdırmağa başlamışdılar. Lakin boşalan yerləri daha çox "Zayka”nın adamları ələ keçirirdi. Bu qarşıdurma atışmalara keçdi. Son bir il ərzində belə "razborka”larda 10-dan çox adam, o cümlədən Rövşən Lənkəranskinin yaxın adamı Rövşən Somaya öldürüldü.
Bu ilin noyabrında Moskva polisi "Zayka”nı və onun briqadasının 4 üzvünü silahla tutdu. Onlar məhkəmənin qərarı ilə həbs edildilər. "Zayka”nı "Lotu Quli”nin və Rövşən Lənkəranskinin xeyli adamının cəza çəkdiyi "Matrosskaya tişina”ya göndərdilər. "Lotu Quli”yə yaxın olan və hazırda Moskvada 4 nəfəri güllələməkdə ittiham edilən killer Nazim Hümbətov da bu təcridxanada saxlanır. "Zayka” ilə haqq-hesab da elə burada çəkilib.
"Rosbalt” bildirir ki, "razborka” bundan sonra daha da qızışıb. "Qanuni oğru”lar arasında böyük nüfuza malik olan Kamo Səfəryan təcridxanadakı bu "bespredel”ə ilk etiraz edənlərdən olub. "Lotu Quli”nin adamları cavabında bildiriblər ki, "Zayka” "qanuni oğru” olmadığı halda "qanuni oğru”nu təhqir etdiyi üçün bunun hesabını verməli və cəzasını almalıdır. "Zayka”nın adamları isə öz fikirlərini söyləyiblər. Onlar da deyiblər ki, "Zayka” "Lotu Quli”ni təhqir edəndə sonuncunun "oğru” titulu artıq əlindən alınmışdı, üstəlik "Lotu Quli”nin adamları "Zayka”nı o, azadlıqda olanda cəzalandıra bilərdilər, amma bunu nədənsə etməyiblər...
"Qanuni oğru”lar sonda belə qərara gəliblər ki, "Zayka” təcridxananın "smotryaşi”si Nukri Doçiya bu haqda əvvəlcədən xəbərdar edilmədən döyüldüyü, üstəlik bu davadan sonra "Matrossakaya tişina”dakı rejim sərtləşəcəyi üçün "Zayka”nı döyənlər cəzalandırılmalıdır. Nəticədə həmin adamlar, yəni "Lotu Quli”nin adamları da döyülüb.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, baş verənlər artıq "Şakro Molodoy” ləqəbli nüfuzli kriminal avtoritet Zaxari Kalaşovu da narahat edib. O, azərbaycanlı "qanuni oğru”ların hazırda çox özbaşınalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım olduğunu deyib. Bildirib ki, azərbaycanlı "qanuni oğru”ların bütöv bir dəstəsinin "oğru” titulunu yenidən nəzərdən keçirməyin vaxtı çatıb.
Sonda onu da qeyd edək ki, "Zayka"ya belə hücum olunub:
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib