"Nazarbayev Fransa prezidentinə deyib ki,..."

img

05-12-2014 [19:05]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Fransalı həmkarı Francois Hollandeyə deyib ki, sanksiyaların Rusiyaya az təsiri olduğundan Avropa ölkələriUkrayna böhranında Moskva ilə kompramis axtarmalıdırlar.

Nazarbayev Qazaxıstanda Francois Hollande ilə görüşdükdən sonra Astanada keçirilən birgə mətbuat konfransında deyib ki, tərəflər bu böhranı həll etmək üçün bir araya gəlməlidirlər.

O qeyd edib ki, Ukraynaya görə qarşı-qarıya durmaq heç kimin xeyrinə deyil və əksinə beynəlxalq siyasi vəziyyət və Avropa, Asiya və ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir göstərir.

Nazarbayev deyib ki, sanksiyalarla bir-birini güncə sıxmaq nəticə vermirvə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsiri məhduddur, çünki Rusiya dünya iqtisadiyyatına çox da dərin inteqrasiya etməyib(Azadlıq radiosu).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA