Qaçırdığı qızı geri qaytardılar, intihar etdi - Suraxanıda ailə dramı

img

05-12-2014 [14:04]


Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Oğlan bu yolla valideynlərindən əvəz çıxmaq qərarına gəlib. Bu barədə Suraxanı rayon Polis İdarəsində bildiriblər.

Xəbər verildiyi kimi Hövsan qəsəbəsinin "Qum adası” adlandırılan yerdə kirayə tutulan evdə Bakı sakini 1989-cu il təvəllüdlü Əmirov Cavid Ələsgər oğlu özünü asaraq intihar edib. Qeyd edək ki, 25 yaşlı Əmirov evin həyətində özünü borudan asaraq intihar edib.

İlkin istintaq zamanı müəyyən edilib ki, bir neçə gün öncə Əmirov evlənmək məqsədi ilə qız qaçırıb. Onu valideynlərinin evinə gətirib. Amma Əmirovun valideynləri bu seçimə etiraz edib və qızı atasının evinə geri qaytarmağını tələb ediblər. Əmirov valideynlərinin dediyini edib – qızı qaytarıb. Amma bunun səhəri gün gənc oğlan özünü asaraq intihar edib...

Fakt üzrə istintaq davam edir(vesti.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA