Çayxanadan 38 min oğurlayan dəstə yaxalandı

img

05-12-2014 [12:10]


Bakının Nəsimi rayonunda çay evindən 40 min manata yaxın pul oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dekabrın 4-də gecə saatlarında S.Rəhimov küçəsində yerləşən çay evində baş verib. Orada Bakı şəhər sakini Əli Vəliyevə məxsus içərisində 38700 manat olan bağlama oğurlanıb.

Məlumat daxil olan kimi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bağlamanı oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakinləri 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulublar.

Faktl bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA