Polis əməliyyat keçirdi, banka borcu olanlar saxlanıldı

img

05-12-2014 [11:57]


Bakıda uzun müddət axtarışda olan 8 nəfər tutulub. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi, Nərimanov rayon Polis İdarəsi, qeydiyyat şəxsiyyət vəsiqəsi şöbəsi əməkdaşları tərəfindnə həyata keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, borclu kimi axtarışda olanlar 1987-ci il təvəllüdlü Elnur Hüseynov, 1963-cü il təvəllüdlü İradə Musayeva, 1984-cü il təvəllüdlü Zaur Atayev, 1979-cu il təvəllüdlü Natiq Məmmədov, 1963-cü il təvəllüdlü Eldəniz Məmmədov, 1976-cı il təvəllüdlü Anar Məmmədov, 1956-cı il təvəllüdlü Həmid Mehdiyev, 1988-ci il təvəllüdlü Aqil Məmmədov müəyyən olunaraq tutulublar.

Saxlanılan şəxslər banklara borclu olduqlarına görə axtarışa verilmişdilər

Borclu şəxslərlə bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA