İŞİD-ə qarşı daha iki dövlət birləşdi

img

04-12-2014 [10:12]


Dekabrın 3-də Fransa prezidenti Fransua Olland ilə İraqın baş naziri Heydər əl-Abadinin Yelisey sarayında görüşü baş tutub.

ANS PRESS-in məlumatına görə, Olland ilə əl-Abadi arasında baş tutan görüşdə başda İŞİD terror qruplaşması olmaqla, iki ölkə arasındakı əlaqələr və bölgədəki son vəziyyət haqqında fikir mübadiləsi olub. 

Olland görüşdən sonra keçirilən mətbuat toplantısında, Fransa hökuməti olaraq, İŞİD döyüşçüləri ilə mübarizədə hərbi dəstəyini gücləndirməyə hazır olduğunu bildirib.

İraqın baş naziri də Ollandın fikirlərinə dəstək olaraq, İŞİD-in nəzarətində olan bütün torpaqların geri qaytarılacağını və o günün çox uzaqda olmadığını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA