Azərbaycanda terror təhlükəsi varmı? - Rəsmi AÇIQLAMA

img

03-12-2014 [12:46]


PKK terror qruplaşması üzvlərinin Bakının Qaraçuxur qəsəbəsində məscidi yandırmasından sonra ölkədə insanlar arasından terror xofu yaranıb. İŞİD-dən sonra Azərbaycanda PKK təhlükəsinin olacağı iddia edilir.

Daxili İşlər Nazirliyi Azərbaycanda terror təhlükəsi ilə bağlı iddialara aydınlıq gətirib.

DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov AzVision.az açıqlamasında bildirib ki, bu istiqamətdə müəyyən tədbirlər görülür:

"Əminliklə deyə bilərəm ki, ölkə daxilində kriminal vəziyyətə hüquq mühafizə orqanlarımız tərəfindən tam nəzarət olunur. İctimai təhlükəsizlik nəzaərətdədir. Bu istiqamətdə də tədbirlər görülür”.

Xatırladaq ki, Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın törədən şəxslər tutulublar.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. 

Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb. Məlum olub ki, saxlanılan şəxslər PKK terror qruplaşmasının üzvləridirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA