İran İŞİD-də silahlı əməliyyat xəbərdarlığı etdi

img

01-12-2014 [19:02]


Tehran İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı birbaşa döyüşlərə əl ata bilər.

ANS PRESS-in məlumatına görə, İranın briqada generalı Mohammad Bakeri bildirib. Onun sözlərinə görə, əgər şiələrin müqəddəs yerləri yerləşən şəhərlərə təhlükə yaranarsa, İran açıq hərbi əməliyyatlara başlayacaq. 

"Tehran indiyə kimi İraqda silahlı terrorçulara qarşı heç bir birbaşa hərbi əməliyyat keçirməyib. Amma Bağdad və şiə ziyarətgahların yerləşdiyi digər İraq şəhərləri hücuma məruz qalarsa, biz sərt və açıq əməliyyatlara başlayacağıq”,- deyə Bakeri bildirib.

Onun sözlərinə görə, İran qarşı bütün gücündən istifadə edərək terrorçuları və onların qərərgahlarını dağıdacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA