Sumqayıtda 5 mərtəbəli binada yanğın: 15 nəfər təxliyyə olundu

img

01-12-2014 [13:55]


Sumqayıtda bina evində yanğın olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, şəhərdəki beşmərtəbəli yaşayış binalardan birinin 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin eyvanında isə pəncərə qismən yanıb.

Yanğın zamanı 15 nəfər yanğınsöndürənlər tərəfindən binadan təxliyyə olunub. 2 nəfər sakin tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA