"İndi bütün postsovet dünyasının taleyi Ukraynada həll olunur”

img

30-11-2014 [20:16]


Ukrayna üçün həlledici məqam çatıb və məhz burada bütün postsovet məkanının taleyi həll olunur. 

Musavat.com-un məlumatına görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün skayp-müraciətində Kiyevin Müstəqillik Meydanında keçən "Xatirə gecəsi” aksiyası zamanı söyləyib. 

"İndi Ukrayna üçün ən maraqlı və həlledici zamandır. İndi düşmən qarşısında hökumətə də, prezidentə də, ən birinci xalqa da birləşmək lazımdır. Gələcək sizin əlinizdədir. Yalnız özünüzə güvənin. Çünki siz təkcə Ukrayna üçün yox, həm də Avropa üçün tarixin gedişini dəyişdiniz. İndi bütün postsovet dünyasının taleyi Ukraynada həll olunur”, - deyə eks-prezident vurğulayıb. 

Saakaşvili əmindir ki, Ukraynada hər şey yaxşı olacaq. "Bu gün yekdillik. Təmkin və qələbə iradəsi göstərmək lazımdır. Biz mütləq qalib gələcəyik. Buna heç bir alternativ yoxdur” - əlavə edib sabiq gürcü lideri.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA