Ərdoğan İŞİD-ə qarşı yeni təklif verdi

img

30-11-2014 [12:47]


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İŞİD terror qruplaşmasının təmamilə məhv edilməsi üçün təkliflər irəli sürüb. 

ANS PRESS-in məlumatına görə, Ərdoğan IV Türk-Britaniya forumundakı çıxışında bildirib ki, aviazərbələr yerüstü əməliyyatla müşayiət olunmayacaqsa İŞİD-i dayandırmaq mümkün olmayacaq.

"İŞİD hazırda İraqın 40 faiz ərazisini öz nəzarəti altında saxlayır. Suriyada da eyni vəziyyət müşahidə edilir. Bu işğalı dayandırmaq üçün təkcə aviazərbələr kifayət deyil. Eyni anda yerüstü əməliyyatlar keçirilməlidir." -deyib Ərdoğan.

Ərdoğan onu da əlavə edib ki, yerüstü əməliyyat artıq hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA