İŞİD-lə peşmərgənin döyüşü - VİDEO

img

29-11-2014 [14:12]


Amerikanın "Associated Press" xəbər agentliyi Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərindən eksklüziv görüntülər əldə edib. 

ANS PRESS-in məlumatına görə, jurnalistlər İŞİD silahlıları ilə peşmərgə - kürd qüvvələri arasında gedən qızğın döyüşlər fonunda şəhərin daxilindən reportaj hazırlayıblar.

Artıq iki aydan çoxdur ki, yerli kürd hərbi qüvvələri şəhərin terrorçu hücumlarından müdafiəsinə qalxıblar. Döyüşlər zamanı 8 yüzdən çox insan öldürülüb.

Döyüşlər nəticəsində şəhərin dörd bir yanında dağıntılar meydana gəlib. Peşmərgə qüvvələri iddia edirlər ki, Kobaninin 80 faizinə nəzarəti bərpa ediblər. 

Terrorçulara qarşı keçirilən əməliyatlarda Amerikanın rəhbərliyi altında fəaliyyət göstərən anti-İŞİD koalisiyasının aviazərbələri az rol oynamır.

"Aviazərbələr müsbət mənada öz təsirini göstərir. Onlar hava hücumlarından qorxurlar. Bu isə, bizə üstünlük verir. Hazırda onlar cəmi 20 faiz ərazini nəzarətdə saxlayırlar. Şəhərin müxtəlif yerlərinə yayılıblar ki, çoxluq təəssüratı yaratsınlar. Lakin onlar azdırlar. Ən qızğın döyüşlər burada baş verib. Çünki onlar Türkiyə ilə sərhəd keçid məntəqəsi Mürşid Pınarı zəbt etmək istəyirlər” - deyə peşmərgə döyüşçüsü qeyd edib.

İŞİD-ə qarşı beynəlxalq səviyyədə də mübarizə davam etdirilir.

Ötən gün Avstriyanın paytaxtı Vyanada 5 yüzə yaxın polis əməkdaşından təşkil olunmuş əməliyyat qrupu anti-terror reydinə çıxıb. Əməliyyatlar çərçivəsində İŞİD-ə döyüşçü cəlb etmək fəaliyyəti ilə məşğul olan 13 nəfər həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA