Məscid yandırılmasında xarici kəşfiyyat izi - VİDEO

img

28-11-2014 [23:42]


Büdcənin müzakirəsi üçün toplaşan millət vəkillərinin diqqətindən yayınmayan gündəmdəki məsələlər bununla yekunlaşmayıb. Məsələn, Qaraçuxurda məscidin yandırılması xüsusi diskussiya mövzusuna çevrilib. Hətta məscidin yandırılmasında xarici kəşfiyyatın izini axtaranlar da olub. Hadisəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da şərh edib.

ANS TV-nin məlumatına görə, Bakının Suraxanı rayonunda Qaraçuxur məscidinin yandırılması və son günlər oxşar təxribat xarakterli hadisələrlə bağlı millət vəkilləri həyacan təbili çalıblar. Məscidlərin qarşısında, əhalinin sıx olduğu yerlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı artırmalı olduğu məqsədəuyğun sayılıb.

Millət vəkili Zahid Oruc deyir ki, Azərbaycanda mövcud ictimai sabitlik - ən böyük sərvəti kimlərəsə sərfəli deyil: "Bu gün beynəlxalq ailəmdə mövcud olan qarşıdurmalar hansısa bir şəkildə Cənubi Qafqaza, xüsusilə də ən böyük sabitlik adası olan Azərbaycana keçsin deyə yanaşmalar var. Bilərəm ki, hüquq-mühafizə orqanları bu prosesi ən yüksək səviyyədə diqqətdə saxlayırlar”.

Deputat Fazil Mustafa isə söylədi ki, Azərbaycanla bağlı ciddi planlar hazırlanıb. Ölkədə indiyədək heç vaxt məscidin yandırılması kimi hallar yaşanmayıb. Bu işlər xarici kəşfiyyat orqanlarının Azərbaycanda sabitliyi pozmaq cəhdləridi.

"Məscidlərdə kamera quraşdırmaq olar. Kameralar yoxdursa, polis postları qurmaq olar. Və bu olduqca çox vacibdir. Çünki kütlənin toplaşdığı yerlərdir və burda hər hansı bir hadisə, sonra qarşısı alınmaz proseslərin başlanmasına gətirib çıxara bilər” – deyə millət vəkili Fazil Mustafa vurğulayıb.

Qaraxuçur məscidinin yandırılması ilə bağlı milllət vəkilləri ilə eyni mövqeyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bölüşüb. Komitə sədri ANS-ə açıqlamasında deyib ki, ölkədə mənfur niyyətlərini reallaşdırmaq istəyən qruplar var.

"Bu cür hərəkət edənlər öz mənfur əməllərinə nail ola bilməyəcəklər. Onlar hansısa dini məzhəblərin qarşıdurmanın nəticəsi deyil. Burada hanısa quruplar var ki, bunun vasitəsilə öz mənfur niyyətlərini reallaşdırmaq istəyirlər” – deyə komitə sədri Mübariz Qurbanlı vurğulayıb.

Son bir həftə ərzində Bakıda ard-arda xüsusilə ağır cinayətlər törədilib. Sumqayıtda məscidlərdən birinin divarına – "Burda Allah yoxdu” yazılması. Qaraçuxur məsdicinin molotov kokteyli atılmaqla yandırılması. Ayrı-ayrı rayonlarda polis əməkdaşlarının bıçaqlanması. Qız qalasında və körpülərdən birində intihar hadisələri Avropa Oyunları qabağı təxribat kimi qiymətləndirilir. 

Soçi Olimpiadası öncəsi Rusiyada bu tip provokasiyalar törədilmişdi. Azərbaycan isə sabitliyi, dinlərarası dialoq, multikulturalizm baxımından gördüyü tədbirlərlə dünyaya nümunə göstərir. Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən dini icmalara 2,5 mln. manat ayırması da, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği baxımından yüksək qiymətləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA