Abşeron polisi “AA” sürücüsünü həbs etdi

img

28-11-2014 [14:17]


Abşeron polisi piyadanı vurub qaçan sürücünü saxlayıb.

Hadisə dünən saat 21.30-da Masazır qəsəbəsi ərazisində baş verib. Qəsəbənin Əliağa Vahid küçəsində yaşayan 1978-ci il təvəllüdlü Aydın Abdullayevi naməlum şəxs maşınla vuraraq aradan çıxıb. Qəzada müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Abşeron RPŞ-dən Axar.az-a bildirilib ki, aparlan əməliyyat axtarış tədbirləri nəticəsində sürücünün kimliyi müəyyənləşdirilib və "Qurtuluş" yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Nəsir İslam oğlu Quliyev saxlanılıb. O, hadisəni özünə məxsus "Honda" markalı 01 AA 541 nömrə nişanlı avtomobillə törədib.

Sürücü bu gecə həbs olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA