Nazir istefa vermək məcburiyyətində qaldı

img

27-11-2014 [10:11]


İspaniyanın səhiyyə naziri Ana Mato vəzifəsindən istefa verib. 

Mia.az Anspress-ə istinadən xəbər verir ki, sabiq nazirin "Qurtel” adı ilə məşhurlaşan korrupsiya cinayətində əli olduğu bildirilir. 

Məlumata görə, Ana Mato qanunsuz razılaşmalar yolu ilə mənfəət əldə edib. Sabiq səhiyyə rəsmisi məhkəmə tərəfindən birbaşa ittiham olunmasa da, bu gün hakimlər qarşısında ifadə verəcək.

Qurtel məhkəmə işi çərçivəsində indiyə qədər 43 nəfər ittiham olunur. Müttəhimlər arasında Ana Matonun keçmiş həyat yoldaşı Xesus Sepulveda da var.

Ana Matonun istefasını, eyni zamanda, Ebola xəstəliyi ilə əlaqələndirənlər da tapılıb. Bir qədər əvvəl İspaniyada tibbi bacısının ölümcül virusa yoluxması sonda sabiq nazirin sərt tənqidlərlə qarşılaşmasına səbəb olmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA