İŞİD partiya liderinin oğlunu vurdu

img

27-11-2014 [09:06]


Kürdistan Sosial Demokrat Partiyası sədrinin oğlu İŞİD tərəfindən öldürülüb.

ANS PRESS-in məlumatına görə, Kürdistan Sosial Demokrat Partiyası sədri Məhəmməd Hacı Mahmudun oğlu Ata Məhəmməd İŞİD-lə baş verən qarşıdurmada dünyasını dəyişib.

Kərkükün 12 kilometr cənubunda yeləşən Tilver kəndində İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara başçılıq edən Ata Məhəmməd silahlılar tərəfindən öldürülüb. Partiya sədrinin 35 yaşlı oğlu 5 uşaq atası idi. 

Bundan başqa, Mosul bəndi ətrafında yaranan qarşıdurmalarda ölən İŞİD üzvləri sayının 126-ya çatdığı bildirilir. Peşmərgə qüvvələri ölənlərdən 7-nin İŞİD-də rəhbər mövqeyində olduğunu iddia edir. 

Qeyd edək ki, son günlər peşmərgə qüvvələri ilə İŞİD-çilər Mosul bəndi ətrafında, Zummar və Kərkükün cənubunda qızğın döyüşlər aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA