Müdafiə naziri istefaya göndəriləcək

img

24-11-2014 [20:12]


ABŞ-ın müdafiə naziri Çak Heygel istefaya göndəriləcək. 

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə "New York Times” qəzeti çıxış edib. 

Qəzetin yazdığına görə, uyğun olan bəyanatla ABŞ prezidenti Barak Obamanın bu gün Ağ Evdə çıxış edəcəyi gözlənilir: 

"ABŞ prezidenti komandasında tək respublikaçı müdafiə nazirinin istefaya göndərmək qərarını son iki həftə ərzində keçirdiyi görüşlərdən sonra qəbul edib ".

Nəşrin məlumatına görə, 68 yaşlı Çak Heygelin istefasının səbəbi kimi Suriya və İraqda İŞİD terrorçu qruplaşmasının öhdəsindən gəlməməsidir.

ABŞ Konqressinin senatı 2013-cü il fevralın 26-da Çak Heygelı yeni müdafiə naziri kimi təsdiq edib. O ölkənin tarixində birinci şəxsdir ki, serjant rütbəsində Pentaqonun başçısı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA