“Vulkan” motelində baş verən hadisənin qətl olduğu açıqlandı

img

24-11-2014 [15:54]


Daxili İşlər Nazirliyi (DİN) "Vulkan” motelində baş verən hadisə ilə bağlı növbəti dəfə məlumat yayıb.

Mia.az-ın nazirliyin saytına istinadən verdiyi məlumatda bildirilir ki, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirən qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Qeyd edək ki, DİN-in "Vulkan" motelində baş verən hadisə ilə bağlı noyabrın 21-də yaydığı məlumatda noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürovanın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Vulkan” motelinin hamam otağında özünü asaraq intihar etdiyi bildirilirdi.

Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA