24-11-2014 [13:06]
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytında yayımlanan "Məşhurların övladları” adlı rubrikasına davam edir.
Rubrikanın budəfəki qonaqları Azərbaycan Respublikasında yüksək dövlət vəzifəsi tutan iki tanınmış məmurun övladlarıdır. Bunlar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadədir.
Məsələ burasındadır ki, Elman Rüstəmovla Əhməd Əhmədzadə qudadırlar, onların övladları - adlarını çəkdiyimiz gənclər evlidirlər.
Elman Rüstəmov 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi alıb. 1995-ci ilin yanvarında Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Elman Rüstəmov 2010-cu ilin aprelində yenidən 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib.
Onun 3 övladı var, iki qızı, bir oğlu.
Günel Rüstəmova Azərbaycanda doğulub. Orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, əvvəlcə London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan "Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib, yüksək dərəcəli dizayner diplomuna sahiblənib.
G.Rüstəmova hazırda Avropada tanınmış modelyerlərdən biridir. 10 ildən çoxdur Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. Londonda, Parisdə onun kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli dəb şouları keçirlib.
G.Rüstəmiva Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir.
Günel Rüstəmova modelyer olmaqla yanaşı, həm də rəssam kimi fəaliyyət göstərir.
Elman Rüstəmovun qızı Günel Rüstəmova «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə evlidir. Bir neçə il öncə məmurlar qohum olub. Günel Rüstəmova həm də gənc anadır.
Yeri gəlmişkən, Günel Rüstəmova 2005-ci ilin mayında Londonda "Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub. Daha sonra o, Cuma Əhmədzadə (1979-cu il təvəllüdlü) ilə evlənib. 2007-ci ilin aprelindən adı çəkilən şirkətin direktoru vəzifəsni Cuma Əhmədzadə həyata keçiri, Günel xanım isə hazırda ərinin rəhbərlik etdiyi "Gyunel Limited” şirkətinin katibidir.
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."