Texniki Universitetindəki ölüm hadisəsi niyə qapadıldı?

img

24-11-2014 [10:27]


Düz 10 ay əvvəl Azərbaycan Texniki Universitetində baş verən bədbəxt hadisəyə görə heç kim məsuliyyətə cəlb olunmadı. 

Xatırladaq ki, universitetin ikinci korpusunda əmir-tikinti işləri aparan "Azinfort” MMC şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev üçüncü mərtəbədən eyvanın uçması nəticəsində hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi. Bu hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılsa da, sonradan «Azinfort» MMC-nin rəhbərliyinin bu işi şübhəli şəkildə qapatdığı haqda söhbətlər yayılıb.

Bu barədə Mia.az-a məlumat verən fəhlələrin sözlərinə görə, sözügedən MMC-nin rəhbərliyi iri layihələri həyata keçirir: «Bu isə onu göstərir ki, belə ölüm hallarına görə həmin şirkət rəhbərliyinin məsuliyyətə cəlb edilməsi çətindir. Belə hadisə olanda günahı ölən və ya xəsarət alan fəhlələrin üstünə atırlar ki, guya xəbərdarlığa əməl olunmasına baxmayaraq, təhlükəsizliyə əməl etməyiblər. Halbuki elə deyil. Bu şirkətin özü heç bir tikinti qanunlarına əməl etmir. Elə bu universitetdə aparılan tikinti qaydalarına baxın. Şirkət aqlay işlərini heç bir normativə əməl etmədən həyata keçirdi, şəhərin mərkəzi aylarla toz-dumana bürüdü. Amma bir adam, hətta universitetin rəhbərliyi də çıxıb demədi ki, tozanağın qarşısını almaq üçün aqlayların kəsilməsi və sair işlər su ilə həyata keçirilməlidir. Çünki bu şirkət təsadüfi adamların deyil».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA