"Bakcell"in daha bir kələyi haqda araşdırma

img

23-11-2014 [20:34]


"Bakcell" öz reklamlarında vəd etdiyi yüksək sürətli interneti istehlakçıya verə bilmir. "Bakcell"in reklamına bir daha diqqət yetirək: "Sür@ İnternet paketləri; Sür@ - hədləri aşan İnternet; Sür@ – gücdür! Sür@ – dinamikadır; Sür@ – enerjidir; Hamı Sür@-li olmağı xoşlayır. Elə bir insan tapılmaz ki, Sür@-i sevməsin. İnternetdə videoları tutulmadan izləmək, lazımi faylları vaxt itirmədən yükləmək, sosial şəbəkələrdə daim ünsiyyətdə olmaq Sür@-lə daha sərfəlidir”.

Belə cəlbedici reklamdan sonra Bakcell 3 növ tarif paketi təklif edir: 

1. Gündəlik İnternet

2. Trafikli paketlər 

3. Limitsiz İnternet. 

Trafikli paketlər 30 gün müddətində istifadə edilir. MB-ın həcmindən asılı olaraq qiymətlər 1AzN-dən 4 AzN-ə qədər dəyişir. Yəni: 1 manata-40 MB, 2 manata-120 MB, 3 manata- 360 MB və 4 manata 600 MB internet təklif edilir.Ən maraqlısı (daha doğrusu soyğunçuluq) bundan sonra başlayır. Bakcell öz reklamında və özünün bakcell.com saytında bildirir ki: Trafik bitdikdən sonra İnternetdən istifadə dayandırılmayacaq və qoşulduğunuz tarif planına əsasən müvafiq məbləğ balansınızda qalan vəsaitdən çıxılacaq. Əsl həngamə də bundan sonra başlayır.

Mia.az xəbər verir ki, deyilənləri yoxlamaq üçün cumhuriyyet.az saytının əməlkdaşı araşdırma aparıb. Bu məqsədlə telefona 2 AzN dəyərində 120 MB yüklənib: "Reklamda bizə hətta filmə, videoya baxmaq imkanı vəd edilməsinə baxmayaraq, adi "Facebook" səhifəsinə girmək problemə çevrildi. Buna görə də ay ərzində üst-üstə 40-50 dəqiqə internetə girməyə və istifadəyə cəhd etdik. "Bakcell"dən mesaj aldıq ki, artıq bizim vaxtımız bitib və bundan sonra internetdən istifadəmiz: "ödəniş GPRS xidmətinin adı tarif planına əsasən həyata keçiriləcək”. 

Bu mesajdan 1 saat sonra isə məlum oldu ki, bizim balansımızda cəmi 1 qəpik pulum qalıb. Hansı ki, mesajı aldıqda balansımızda 1 manat 86 qəpik pulumuz var idi. Bu müddətdə yalnız 1 dəfə zəng etmişdik. Təxminən 45-50 saniyə davam edən danışığa görə 2 qəpik hesabdan silinmişdi. Səhəri gün ehtiyatla balansa 1 manat yüklədik. Yenə də, heç bir danışıq etmədən balansımız 1 qəpiyə düşdü. Bundan sonra balansımızı dostlarımizın "İANƏSİ” hesabına hər dəfə 20 qəpik olmaqla artırırdıq. Bakcell bu "İANƏLƏRƏ” toxunmadı. Bundan sonra "ianəni” 40 qəpik etdik. İlk 22 saniyəlik ( yəni 1 qəpik dəyərində ) zəngi başa vuran kimi balansımız anındaca yenə 1 qəpiyə düşdü. Qısası 5 gün müddətində balansımızdan (daha doğrusu cibimdən) 3 AzN-dən artıq pul çırpışdırıldı. Əgər Bakcellin dediyinə və yazdığına inansa idik, bizdən 2 manat silinən kimi. Biz yenə də 30 gün müddətinə 120 MB internet paketi əldə etməli idik. Reallıqda isə bütün bunlar baş aldatmaqdan (soyğunçuluğu pərdələyən söz yığınından0 başqa bir şey deyilmiş. Hər gün 1000-lərlə, on 1000-lərlə Bakcell abonenti olan vətəndaşlarımız bax beləcə günün günorta vaxtı soyğunçuluğa məruz qalırlar. Nəzərə alsaq ki, Bakcell abonentlərinin sayı milyonlarla ölçülür, onda oğurlanan pulların fantastik məbləği barədə təsəvvür yaranar.

Maraqlıdır "Bakcell"in bu özbaşınalığına kimlər və nəyin xatirinə göz yumurlar?

Digər xəbərlər
SON XƏBƏRLƏR