“Azca vəhhabiyə bənzəyən birini görsəm, öldürəcəyəm” – Prezident (Video)

img

22-11-2014 [17:07]


Çeçenistan Prezidenti Ramzan Kadırov İŞİD-ə qoşulan qafqazlı terrorçuları təhqir edib.

 

Mia.az Axar.az-a istinadən xəbər verir ki, ruslarla müqavilə imzaladıqlarını və onlarla birgə döyüşməyin lazım olduğunu deyən prezident "Peyğəmbər belə, yaşasaydı, ruslarla savaşmazdı”, - deyib.

 

Çeçenlərin İslam dinini ən düzgün yaşayan xalq olduğunu deyən Kadırov qanı təmiz olan bir çeçenin heç vaxt ərəblərə qoşulmayacağını deyib. Eyni zamanda Kadırov ərəblərin əksəriyyətinin kafir və homoseksual olduğunu dilə gətirib.

 

Ruslara qarşı azadlıq mübarizəsi aparan döyüşçülərə vəhhabi (sələfi) deyən Kadırov onlara zərrə qədər bənzəyən birini gördüyündə öz əllərilə öldürəcəyini deyib.

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA