Bakıda polis əməkdaşına xəsarət yetirən şəxslər yaxalanıb

img

22-11-2014 [15:33]


Bakıda polis əməkdaşına xəsarət yetirən şəxslər yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 20-də saat 02:30 radələrində, C.Xəndan küçəsində xidmətdə olan Bakı şəhər BPİ DYPİ-nin inspektorlarına xəsarət yetirməkdə şübhəli bilinən, Bakı şəhər sakinləri, "Nissan” markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İlham Ağayev və CM-nin 126 və 128-ci maddələri ilə axtarışda olan 1981-ci il təvəllüdlü Urman Aslanov tutulub.
Araşdırma zamanı U.Aslanovun üzərindən 10,012 qram heroin, İ.Ağayevin avtomobilindən 2 ədəd kibrit qutusunda 6,75 qram marixuana aşkar olunaraq götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA