Taciklər İŞİD sırasında döyüşür

img

22-11-2014 [12:23]


"Suriyada vuruşanlar arasında, o cümlədən "İslam Dövləti" yaraqlıları sıralarında 300 tacik var."

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Akram Amonov deyib.

O ölkə parlamentə bildirib ki, taciklər Suriyaya Rusiya və Əfqanıstan vasitəsilə gedirlər: "Suriya üçün könüllü yığan ofis Moskvada Prospekt Mira küçəsində yerləşir."

Rusiyanın Avropa regionları müsəlmanlarının Dini İdarəsinin sədr müavini Damir Mukhetdinovun sözlərinə görə, Orta Asiyadan işçi miqrantlar Moskvada könüllü axtaranların asanlıqla hədəfinə çevrilir.

Xatırladaq ki, Tacikistan hakimiyyəti bundan əvvəl Suriyada 200 tacikin vuruşduğunu, 50 tacikin Suriyada döyüşlərdə öldüyünü bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA