"İŞİD birdən-birə yaranmayıb"

img

21-11-2014 [14:28]


Suriya prezidenti Bəşər Əsəd dünya ölkələrini İŞİD terror təşkilatına qarşı birgə mübarizəyə çağırıb.

ANS PRESS-in məlumatına görə, Əsəd qeyd edib ki, terror təşkilatını məhv etmək üçün beynəlxalq əməkdaşlıq şərtdir: "Bölgəmiz çətin bir dövrdən keçir. Bunun nəticəsini müəyyən edəcək faktor beynəlxalq əməkdaşlığın olub olmayacağından asılıdır".

Suriya prezidenti bildirib ki, İŞİD birdən-birə yaranmayıb. Onun sözlərinə görə, terror təşkilatı Suriyaya qarşı müharibə elan edən təcavüzkar siyasətin meyvəsidir. 

Qeyd edək ki, Suriya prezidenti bu açıqlamasını ABŞ prezidentinin son çıxışının ardından söyləyib. Belə ki, Barak Obama Əsad rejimi ilə ittifaqa getməyəcəklərini açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA