Bakıda otelə aparılan qadının faciəvi sonu

img

21-11-2014 [08:40]


Bakının Binəqədi rayonunda qətl hadisəsi törədilib. 

ANS PRESS-in məlumatına görə, Binəqədi şossesində fəaliyyət göstərən məşhur otellərdən birində qeydə alınan hadisə zamanı, obyektdə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. 

Otel otaqlarının birində əylənən cütlüyün mübahisəsinin sonunda qadın tərəf müqabili tərəfindən bıçaqlanıb. Xəsarətləri ağır olan qadının elə yerindəcə keçindiyi bildirilir. 

Baş vermiş qətl hadisəsi ilə bağlı rayon hüquq-mühafizə orqanlarından məlumat almağa çalışdıq. Rayon polis idarəsindən və prokurorluğundan bildirildi ki, hadisə ilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, qətlin baş verdiyi obyekt istirahət mərkəzi kimi reklam edilsə də, onun təyinatı üzrə işləməməsi barədə dəfələrlə məlumatlar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA