İŞİD terroçusuna qızını ərə verməyən ailə qətlə yetirilib

img

19-11-2014 [15:01]


İraqda qızlarını İŞİD komandirinə ərə verməkdən imtina edən ailənin bütün üzvləri qətlə yetirilib. 

Türkiyənin "On4haber” saytının məlumatına görə, bu barədə İraq İnsan Haqları Təşkilatı məlumat yayıb. Təşkilatın məlumatında bildirilir ki, bazar ertəsi günü İŞİD terroçuları 5 nəfərdən ibarət iraqlı ailəni qətlə yetirib.

Ailənin qətlə yetirilmə səbəbi isə 14 yaşlı qızlarını İŞİD komandirlərindən birinə ərə vermək istəməməsi olub. Təşkilatın hesabatında qeyd olunur ki, 14 yaşlı qızın valideynləri qızlarını İŞİD komandiri Camal Səddama ərə verməkdən imtina etdikdən sonra ata və ana daxil olmaqla, ailənin 5 üzvü qətlə yetirilib. 14 yaşlı qız isə İŞİD terrorçuları tərəfindən naməlum istiqamətə aparılıb. 

Saytın məlumatında bildirilir ki, İŞİD Kərkük əyalətinin şimalında keçmiş Kənd Təsərrüfatı Nazirliyinin binasında qadın xəstəxanası yaradıb. Bunun səbəbi kimi isə son zamanlar yayğınlaşan "cihad nikahı” göstərilir.
 
Qeyd edək ki, Camal Səddamın adı son günlərdə daha çox hallanmağa başlayıb. Daha əvvəl başqa qruplaşmada olan və sonradan İŞİD-ə qoşulan bu şəxsin narkotik alverçisi olduğubildirilir, eyni zamanda İŞİD lideri əl-Bağdadinin yerinə əsas namizədlərdən biri kimi göstərilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA