Bakı polisi 19 yaşlı qıza görə əməliyyat keçirdi

img

18-11-2014 [13:16]


Bakı şəhərində oğurluq edən qız həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi və metropolitendə polis şöbəsi əməkdaşları tərəfindnə keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də saat 18.00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakini Badam Əliyevanın əl çantasını oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Əməliyyat zamanı Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Səbinə Əliyeva yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA