Putin hədələdi - "Siz bunu istəyirsiniz?"

img

17-11-2014 [15:04]


Rusiya Kiyev rəhbərliyinin Donbassdakı "siyasi rəqiblərini məhv etməsinə" imkan verməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Avstraliyada olarkən Almaniyanın ARD telekanalına müsahibəsində deyib. 

ANS PRESS-in məlumatına görə, Putin Kiyevin Ukraynanın şərqində ballistik raket tətbiq etdiyini də iddia edib.

"Hazırda Ukraynanın şərqində hərbi əməliyyatlar gedir. Ukraynanın mərkəzi hökuməti ora ordu göndərir, hətta ballistik raketlərdən istifadə edir. Kimsə bu barədə danışırmı? Bir söz belə deyilmir. Bu, ondan xəbər verir ki, siz hamınız Ukraynanın mərkəzi hökumətinin orada hamını, bütün siyasi rəqiblərini və əleyhdarlarını məhv etməsini istəyirsiniz? Siz bunu istəyirsiniz? Biz istəmirik. Buna imkan verməyəcəyik", - deyə Putin bildirib. 

Vladimir Putin Moskvanın Ukraynanın şərqindəki üsyançı qüvvələri silahlandırıb-silahlandırmadığına dair suala birbaşa cavab verməkdən boyun qaçırıb. "Onlarda zirehli texnika və artilleriya sistemləri hardandır? Müasir dünyada mübarizə aparan və bu mübarizəni ədalətli hesab edən insanlar həmişə silah tapacaqlar", - deyə Rusiya prezidenti bildirib. 

Putin həmçinin Qərb ölkələrini Ukraynadakı böhrandan çıxış yolu üçün kompromis variantı tapmağa çağırıb. Rusiya prezidenti Qərbin Rusiya banklarına qarşı sanksiyalarla Ukraynanın iqtisadiyyatına da ziyan vurduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA