Bakıda gürcünü girov götürdülər - əməliyyat

img

17-11-2014 [14:29]


Gürcüstan vətəndaşı Bakıda girov götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, polisin sayəsində girov götürənlər saxlanılıb. Əməliyyat Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulublar.

Məlum olub ki, onlar noyabrın 11-dən 14-dək olan müddətdə həmyerliləri, Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb öldürəcəklərilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb ediblər. 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA